Bişkekdə reytinq turniri keçiriləcək

post-img

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən “Xalq qəzeti.az”a bildirilib ki, iyunun 1-dən 4-dək Qırğızıstanın paytaxtı Bişkekdə reytinq turniri keçiriləcək. “Bişkek Arena”da keçiriləcək yarışda ölkəmizi 11 güləşçi təmsil edəcək.

İyunun 2-də Jalə Əliyeva (57 kq) və Elis Manolova (62 kq) baş məşqçi Semyon Çterevin rəhbərliyi altında mübarizə aparacaqlar. Növbəti 2 gündə baş məşqçi Xetaq Qazyumovun rəhbərliyi altında sərbəst güləşçilər xalçaya çıxacaqlar. İyunun 3-də Maqomedxan Maqomedov (97 kq) çıxış edəcək. Turnirin son günündə isə Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev, Əli Rəhimzadə (hər ikisi 65 kq), Turan Bayramov, Xadjimurad Qadjiyev, Cəbrayıl Qadjiyev (hamısı 74 kq), Abubakr Abakarov (86 kq) və Osman Nurmagomedov (92 kq) güləşəcəklər.

Görüşlər hər gün Bakı vaxtı ilə 08:30-da başlayacaq. Medallar uğrunda görüşlərə isə 16:00-da start veriləcək.

Qeyd edək ki, Bişkekdə 1-ci kateqoriyalı hakim Elman İsmayılov ədaləti qoruyacaq.

 

Elçin AĞAMİRZƏ,

“Xalq qəzeti”

İdman

About Us

The argument in favor of using filler text goes something like this: If you use arey real content in the Consulting Process anytime you reachtent.

Instagram