“İnter” klubu İtaliya Kubokunun finalında “Fiorentina”ya qalib gəlib. “Anadolu” agentliyinin məlumatına görə, “Olimpiko” stadionunda keçirilən görüş təcrübəli mütəxəssis Simon İnzaqinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçın 3-cü dəqiqəsində Nikolas Qonzalesin qolu ilə “Fiorentina” komandasını hesabda önə çıxsa da, lakin ilk hissə bitməmiş 29-cu və 37-ci dəqiqəsində Lautaro Martinez dubl edib.
Bununla da “İnter” klubu 9-cu dəfə İtaliya Kubokunun qalibi olub.
Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”