Daşkənddə Özbəkistan-Azərbaycan münasibətlərinə dair beynəlxalq elmi-praktiki konfrans keçirilib

post-img

Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetində Özbəkistan Mədəniyyət və Turizm Nazirliyi yanında Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsi və Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin iştirakı ilə “Özbəkistan-Azərbaycan dövlətləri arasında inkişaf tarixi, yeni dövr və əməkdaşlıq perspektivləri” beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) tərəfindən yaradılan Füzuli adına Mədəniyyət və Tədqiqat Mərkəzi ilə tanış olublar. 

konfransı giriş sözü ilə açan Beynəlxalq Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsinin sədri Rustambek Qurbanov iki ölkə arasında dostluq, qardaşlıq münasibətlərindən söz açıb bu münasibətlərin ölkə rəhbərliyi səviyyəsində çox yüksək dəyərləndirildiyini qeyd edib, mövcud əlaqələrin möhkəmlənməsində və inkişafında hər iki ölkənin dövlət qurumlarının, diasporaların dəstəyinin vacibliyini də vurğulayıb. 

Fuad Muradov Azərbaycanla Özbəkistan arasındakı dostluğun əbədi olduğunu qeyd edərək bu əbədi əməkdaşlığın təməlinin Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb. Heydər Əliyevin müstəqil Azərbaycanın banisi olduğunu qeyd edən F. Muradov Ulu Öndəri Azərbaycan mədəniyyətinin, dilinin, tarixinin, milli-mənəvi dəyərlərinin qoruyucusu olduğunu vurğulayıb. İki qardaş ölkə arasında əlaqələrinin möhkəmləndirilməsində diasporların və bu sahə üzrə cavabdeh olan dövlət təşkilatlarının xidmətlərinin əhəmiyyətindən söz açan F, Muradov gələcəkdə bu sahədə mühüm addımların atılmasının zəruriliyini qeyd edib.

AMM-nin direktoru Samir Abbasov qədim köklərə malik Azərbaycan və özbək xalqları arasındakı dostluq, qardaşlıq münasibətlərinin ən gözəl nümunələri kimi liderlərimiz Heydər Əliyev və Şərəf Rəşidov, Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Füzuli kimi dahi şairlərimiz tərəfindən yaradılmış ədəbi dostluq əlaqələrini qeyd edib. Tarixi sınaqlardan uğurla keçmiş Azərbaycan-Özbəkistan dostluğu Vətən müharibəsi zamanı qardaş özbək xalqının, Özbəkistan dövlətinin Azərbaycanın yanında olduğunu qeyd edən S. Abbasov böyük, tarixi qələbə münasibətilə Özbəkistan Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevi ilk təbrik edən ölkə başçılarından biri olduğunu söyləyib. O, dövlət başçılarımızın səyləri nəticəsində dövlətlərimizin artıq strateji müttəfiq olduqlarını vurğulayıb. 

Özbəkistanda Azərbaycan diaspor təşkilatının sədri Mobil Məmmədov, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, Erkin Nuriddinov Özbəkistanda yaşayan millətlər, o cümlədən soydaşlarımız üçün hər bir şəraitin yaradıldığını qeyd edərək burada yaşayan azərbaycanlıların Özbəkistanın ictimai-siyasi həyatında da yaxından iştirak etdiklərini vurğulayıblar. 

AMEA Tarix İnstitutunun icraçı direktoru dosent İlqar Niftəliyev, Özbəkistan Yazıçılar Birliyinin üzvü, professor Babaxan Şərif, Özbəkistanın Mənəviyyat və Maarifləndirmə  Mərkəzinin eksperti, professor Cəmilə Şermuhammedova, Dövlət  Komitəsinin eksperti,  fəlsəfə doktoru İsmayıl Xocaxanov, Özbəkistan Dövlət Dünya Dilləri Universitetinin dosenti Tahir Qahhar və  Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Unuversitetinin dosenti Gülbahar Aşurova öz çıxışlarında Özbəkistan-Azərbaycan dostluq, qardaşlıq münasibətlərinin tarixindən, perspektivlərindən söz açaraq müxtəlif sahələr üzrə iki qardaş ölkə arasında əməkdaşlığın, qarşılıqlı münasibətlərin inkişafının əhəmiyyətini vurğulayıblar.

Qulu Kəngərli 

Daşkənd



















Son xəbərlər