Naxçıvanda leysanın fəsadları aradan qaldırılır

post-img

Dünən Naxçıvan şəhərində aramsız davam edən leysan çöl-bayırda işi pozub, yollarda nəqliyyatın hərəkətini çətinləşdirib, bəzi yerlərdə sakinlərə və təsərrüfatlara ziyan vurub. 

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, nazirliyin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində intensiv yağışlar nəticəsində bəzi fərdi yaşayış evləri­nin və inzibati binaların zirzəmilərinin subasmaya məruz qalması barədə xə­bər daxil olub. Dərhal həmin ünvanlara göndərilmiş Mülki Müdafiə Alayının və Xüsusi Riskli Xilasetmə Xidmətinin qü­vvələri fəaliyyətə başlayıb. 

Gerçəkləşdirilən operativ tədbirlərlə selin fəsadları aradan qaldırılır, suyun yollardan və zirzəmilərdən çəkilərək kə­narlaşdırılması təmin edilir.

“Xalq qəzeti”

Ekologiya