DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, dekabrın 22-də ölkə ərazisində qeydə alınan 25, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 218, o cümlədən borclu şəxs qismində axtarışda olan 210 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 2 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Eyni zamanda ötən gün polis əməkdaşlarının qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində apardıqları əməliyyat və profilaktik tədbirlər nəticəsində paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 pulemyot, 3 qumbara və 11 tüfəng aşkar edərək götürüblər.
N.Adilqızı
XQ

