Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizi Beynəlxalq Cüdo Federasiyası adından və şəxsən öz adımdan təbrik edirəm. Sizə cansağlığı, xoşbəxtlik, uğurlar arzulayıram. Qarşıdan gələn ildə Sizə yeni nailiyyətlər və yaxınlarınızla birlikdə xoş günlər diləyirəm.
Sizin gözəl nailiyyətləriniz, ümumilikdə idmanın və xüsusən də cüdonun inkişafına verdiyiniz dəyərli töhfələr liderliyinizi müəyyən edən sədaqət, dürüstlük, uzaqgörənlik kimi yüksək keyfiyyətlərdən xəbər verir. Dəstəklədiyiniz dəyərlər və uzunmüddətli perspektivə hesablanmış uğurlu fəaliyyətiniz idmanın, o cümlədən cüdonun Azərbaycan Respublikasında və beynəlxalq səviyyədə cəmiyyətə müsbət təsirini gücləndirir. Bütün bunlar milli və qlobal səviyyədə idman mənzərəsini zənginləşdirməyə davam edir və mükəmməlliyə, inkişafa doğru irəliləyənlər üçün ilham mənbəyi olaraq qalır.
Beynəlxalq Cüdo Federasiyası ilə səmərəli əməkdaşlığınızı yüksək qiymətləndiririk və bunu davam etdirməyi səbirsizliklə gözləyirik.
Doğum gününüz mübarək!
Dərin hörmətlə və ehtiramla,
Marius Vizer
Beynəlxalq Cüdo Federasiyasının prezidenti

