Peskov: Rusiya Ukraynadakı münaqişənin dondurulmasının əleyhinədir

post-img

Rusiya Qərb dövlətləri ilə həmrəydir ki, Ukraynadakı hərbi münaqişə dondurulmamalıdır.

Bunu TASS-a Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, əmin edib ki, Rusiya hərbi əməliyyatının bütün məqsədlərinə nail olmağa çalışır.

“Rusiya yalnız xüsusi hərbi əməliyyatı başa çatdırmaq imkanını nəzərdən keçirir: öz maraqlarını təmin etmək, Rusiyanın qarşısında duran məqsədlərə ya xüsusi hərbi əməliyyat, ya da digər mövcud vasitələrlə nail olmaq”, - Kremlin sözçüsü izah edib.

O, həmçinin digər dövlətlərin səsləndirdiyi sülh yolu ilə nizamlanma planlarından hansının Rusiya üçün daha üstün olması barədə danışmağı tez hesab edir. Peskovun fikrincə, indi “dinc yolla nizamlanma üçün heç bir ilkin şərt yoxdur”.

"Xalq qəzeti"

Dünya