Bakı Dövlət Universiteti (BDU) və Çin Xalq Respublikasının (ÇXR) Şanxay Siyasi Elmlər və Hüquq Universiteti arasında anlaşma memorandumu imzalanıb.
XQ xəbər verir ki, sənədi BDU-nun rektoru Elçin Babayev və Şanxay Siyasi Elmlər və Hüquq Universitetinin prezidenti Zheng Shaohua imzalayıblar.
Memorandumda hǝr iki universitetin nǝzdindǝ olan fakültǝ, institut vǝ kolleclǝrdǝ təlim-tədris prosesinin təkmilləşdirilməsi vǝ beynǝlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihǝlǝrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Həmçinin elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların, tədris planları və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər də memorandumda öz əksini tapıb.
Əsası 1984-cü ildə qoyulmuş Şanxay Siyasi Elmlər və Hüquq Universiteti ÇXR-in nüfuzlu universitetlərindən biridir.

