Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ilə görüş keçirilib.
Görüşdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov, həmçinin hər iki qurumun aidiyyəti struktur bölmələrinin rəhbərləri iştirak ediblər.
Hasil Abbasov Agentliyin əsas fəaliyyət istiqamətləri barədə məlumat verərək aktiv məşğulluq tədbirləri, həyata keçirilən layihələr və aparılan islahatlar barədə danışıb. O, xüsusilə gənclərin əmək bazarına inteqrasiyası, peşə hazırlığı və karyera dəstəyi mexanizmlərinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Bəhruz Əzimov isə Təhsil Tələbə Krediti Fondunun fəaliyyəti, tələbələrə təqdim olunan maliyyə dəstəyi mexanizmləri və bu imkanların təhsilin əlçatanlığının artırılmasında rolu barədə məlumat verib.
Görüş çərçivəsində tərəflər arasında təhsil tələbə kreditindən yararlanmış məzunların məşğulluğunun təmin edilməsinə dəstək tədbirləri, peşəyönümü məsləhət xidməti çərçivəsində keçirilən görüşlərdə şagird və tələbələrin Fondun yaratdığı imkanlar barədə məlumatlandırılması istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Tərəflər gələcəkdə birgə təşəbbüslərin həyata keçirilməsi və əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.


.jpeg)
