Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin strukturunda dəyişiklik edilib.
XQ xəbər verir ki, şöbə daxilində Media ilə iş və Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorları yaradılıb.
Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektoruna rəhbərlik şöbənin müdir müavini Ayla Həsənova-Məmmədovaya, Media ilə iş sektorunun müdiri vəzifəsi isə şöbənin baş məsləhətçisi Billurə Hacızadəyə həvalə olunub.
Bildirilib ki, yeni sektorların yaradılması media subyektləri, qurum və tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsinə, nazirliyin rəqəmsal media platformalarında fəaliyyətinin daha səmərəli təşkilinə xidmət edir.
Nurəngiz Adilqızı
XQ