Yaponiyanın Tsukuba Universitetinin professorları BDU-da olublar

post-img

Yaponiyanın Tsukuba Universitetinin professorları Hayate Sotome, Yuji Kajima və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Terasava Mitsiko Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində olublar.

Universitetdən bildirilib ki, qonaqlarla görüşdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov iki ali təhsil müəssisəsi arasında imzalanmış əməkdaşlıq memorandumunun əhəmiyyətindən danışıb. O, bu əməkdaşlığın birgə tədqiqat layihələrinin həyata keçirilməsi, tələbə, tədqiqatçıların, akademik və inzibati heyətin qarşılıqlı mübadiləsi, habelə ortaq akademik proqramların yaradılması sahələrində mühüm irəliləyişlərə yol açacağını qeyd edib.

Görüşdə Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan fakültədə yapon dilinin öyrənilməsinin mövcud vəziyyəti və perspektivləri haqqında məlumat verib. O, iki universitet arasında əməkdaşlığın bu sahənin inkişafına müsbət təsir göstərəcəyini vurğulayıb.

Müzakirələr zamanı gələcək əməkdaşlıq sahələri və planları barədə də fikir mübadiləsi aparılıb. Daha sonra qonaqlar BDU tələbələrinə Yaponiyada təhsil almaq imkanlarına dair infosessiya keçiriblər.

Təhsil