Bakı Ali Neft Məktəbinin tələbəsi Polşada Azərbaycanla bağlı təqdimat edib

post-img

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasının III kurs tələbəsi Rəsul Ələkbərov mübadilə proqramı çərçivəsində Polşanın AGH Elm və Texnologiya Universitetində təhsil alır.

Ali məktəbdən AZƏRTAC-a bildirilib ki, proqram çərçivəsində R.Ələkbərov Azərbaycanın mədəniyyəti, tarixi və müasir nailiyyətləri barədə təqdimat edib.

Təqdimatda o, Azərbaycanın tarixi, multikultural dəyərləri, mədəniyyəti, milli-mətbəxi, həmçinin Formula 1 və COP29 iqlim konfransı kimi mühüm tədbirlər barədə məlumat verib.

Təqdimatın sonunda interaktiv sorğu-sual təşkil olunub və qaliblərə Azərbaycandan gətirilmiş xüsusi hədiyyələr təqdim edilib.

Təhsil