Noyabrın 1-dən 2–11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə start verilib. Şagirdlərin yerdəyişməsi prosesi “www.sy.edu.az” portalı vasitəsilə həyata keçirilir. Proses dekabrın 1-nə kimi davam edəcək.
Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən XQ-yə verilən məlumatda bildirilib ki, müxtəlif səbəblərdən 10-cu siniflərə qeydiyyat üçün gecikən şagirdlər də ümumi təhsil müəssisələrinə qəbul üçün “sy.edu.az” vasitəsilə müraciət edə bilərlər.
Məlumatda o da qeyd olunur ki, məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsi prosesi isə 25 noyabrda ən aktiv ediləcək.
Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi sistemində 2024–2025-ci tədris ilində tətbiq edilən yeniliyə əsasən istifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinin artırılması məqsədilə Azərbaycan vətəndaşları və ölkə ərazisində müvəqqəti və daimi yaşama icazəsi olan xarici ölkə vətəndaşlarının şəxsi kabinetə “istifadəçi adı və şifrə” ilə daxil olması məhdudlaşdırılacaq. Şəxsi kabinetə giriş yalnız Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmin edilən Vahid Giriş Sistemi ilə həyata keçiriləcək.
Rizvan FİKRƏTOĞLU
XQ