Türkiyə Respublikasının Süleyman Dəmirəl Universitetinin rektoru professor Mehmet Saltan Azərbaycan Turizm və Menecment Universitetini (ATMU) ziyarət edib. Səmimi qarşılanmadan sonra ATMU-nun rektoru İlham Mədətov rəsmi qonağa universitetin fəaliyyət istiqamətləri, tədris prosesinin təşkili, beynəlxalq əlaqələr müstəvisində, xüsusilə Türkiyənin çoxsaylı universitetləri ilə işgüzar münasibətlərin əhəmiyyəti və s. məsələlər barədə detallı məlumat verib.
Öz növbəsində Süleyman Dəmirəl Universitetinin rektoru M. Saltan rəhbəri olduğu ali təhsil ocağının illər üzrə müqayisəli inkişaf göstəricilərini diqqətə çatdırıb.
Söhbət əsnasında Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Süleyman Dəmirəl Universiteti arasında mümkün əməkdaşlıq imkanları bir daha nəzərdən keçirilib. Qarşıdakı illərdə beynəlxalq təhsil layihələri və proqramları çərçivəsində əməkdaşlıq tələbinin gündəmdə saxlanılması nəzərdə tutulub.
Sonda xatirə şəkli çəkilib.
XQ