Bu il 49 nəfər ali məktəblərə imtahansız qəbul olub

post-img

Azərbaycanda bu il 49 nəfər ali məktəblərə imtahansız qəbul olunub. Onlar beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləridir.

Məlumata görə, universitetlərə müsabiqədənkənar qəbul olunan məzunlardan üçü beynəlxalq olimpiyadaların qalibidir. Onlar təhsillərini xaricdə davam etdirəcəklər.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli, 229 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Beynəlxalq və respublika fənn olimpiadası qalibinin tam orta təhsil səviyyəsini bitirdikdən sonrakı növbəti iki tədris ili üçün, beynəlxalq müsabiqə və ya yarışın qalibi isə tam orta təhsil səviyyəsini bitirməklə qalibiyyət əldə etdikdən sonrakı növbəti beş tədris ili üçün ali təhsil müəssisəsinə tələbə qəbulunda yalnız bir dəfə müsabiqədənkənar qəbul olunmaq hüququ var.

Rizvan FIKRƏTOĞLU
XQ

Təhsil