Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasının V kurs tələbəsi Eşqin Həsənov ABŞ-ın Mərkəzi Florida Universitetinin birbaşa doktorantura səviyyəsinə qəbul olub.
BANM-dən bildirilib ki, E.Həsənov universitetin xüsusi nailiyyəti olan tələbələr üçün nəzərdə tutulan “ORCGS doctoral fellowship” proqramına seçilərək ildə 100 min dollar təqaüd qazanıb.
Eşqin 2019-cu ildə BANM-ə 675 balla qəbul olub, Prezident təqaüdünə layiq görülüb. Təhsil aldığı müddətdə akademik göstəriciləri yüksək olub, həmçinin müxtəlif elmi məqalələr hazırlayıb. BANM tələbəsi Azərbaycanda ilk dəfə ən son texnoloji yeniliklərdən sayılan “GraalVM” köməyilə “Java” proqramlaşdırma dilinin daxilində “Python” proqramlaşdırma dili kodundan istifadə edib. Bununla “Python” proqramlaşdırma dilinin “Java”da olmayan xüsusiyyətləri ilə “Java” proqramlaşdırma dilinin “Python”da olmayan xüsusiyyətlərini birləşdirib və nəticə uğurlu olub. Bu tətbiq dünya miqyasında da sadəcə bir neçə layihədə mövcuddur.