Azərbaycan universitetinin tələbələri “Robotex Türkiyə”də birinci yeri tutublar

post-img

20-21 aprel Türkiyənin Antalya şəhərində keçirilən “Robotex Türkiyə” Milli Cempionatında çıxış edən Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrdən ibarət “ROBOXIDE” və “A-MAZE” komandaları birinci yerin qalibi olublar.

BMU-dan “XQ”-yə verilən xəbərə görə, dünyanın ən böyük robototexnika yarışması olan “Robotex”in yarımfinal mərhələsində böyük uğura imza atan “ROBOXIDE” “1 Kg-Lego Sumo”, “A-MAZE” isə “Maze solving” (“Labirint həlli”) kateqoriyaları üzrə ilk yeri tutub. Komandalara “Robotex Türkiyə” Milli Cempionatının sertifikatları təqdim olunub.

Qeyd edək ki, “Robotex Türkiyə”yə dünyanın müxtəlif ölkələrindən 19 fərqli kateqoriya üzrə 400-dən çox komanda, 2500-dən artıq iştirakçı qatılıb. Qalib komandalar cari ilin noyabr ayında Estoniyada təşkil ediləcək dünya çempionatında - “Robotex International” festivalında iştirak hüququ qazanıblar. 

Rizvan FİKRƏTOĞLU
XQ

Təhsil