Özbəkistanın Namanqan şəhərində Qırğızıstan və Özbəkistan hökumət nümayəndə heyətlərinin işçi qruplarının növbəti görüşü keçirilib. Məlumatı “Anadolu” verib.
Görüş zamanı Qırğızıstan-Özbəkistan dövlət sərhədinin demarkasiyası məsələləri müzakirə olunub.
Nümayəndə heyətləri çöl araşdırmaları aparıb, onlar Qırğızıstan-Özbəkistan dövlət sərhədinin delimitasiya xəttinin həmin əraziyə keçirilməsi ilə bağlı tapşırıqları dəqiqləşdiriblər.
Danışıqların dostluq və qarşılıqlı anlaşma şəraitində keçdiyi vurğulanır.
Tədbirin yekununda müvafiq protokol imzalanıb.
İşçi qrupların növbəti iclası Qırğızıstan Respublikası ərazisində baş tutacaq.
P.ƏMİRCANOV
XQ