Qətər Dövləti Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayır

post-img

Qətər Dövləti Azərbaycan ilə Ermənistan arasında dörd kəndin ərazisində quru sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı əldə olunmuş razılaşmanı alqışlayır, iki ölkə arasında etimadın yaradılması və sülhün möhkəmləndirilməsi prosesini yaxından izləyir.

Bu barədə Qətər Xəbər Agentliyi (QNA) məlumat yayıb.

Qətər Xarici İşlər Nazirliyinə istinadla yayımlanan məlumatda razılaşmanın tərəflər arasında həllini tapmamış məsələlərin dialoq və sülh yolu ilə həllinə, iki ölkənin xalqlarının inkişaf və rifah arzularının həyata keçirilməsinə zəmin yaradacağına ümidvarlıq ifadə olunub. Nazirlik Qətərin regionda təhlükəsizliyin, sabitliyin və sülhün bərqərar olması istiqamətində beynəlxalq səyləri dəstəklədiyini ifadə edib.

Siyasət