Gənclərimiz Estoniyada tələbə şəbəkəsinin təliminə qatılıblar

post-img

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Erasmus Tələbə Şəbəkəsi – Azərbaycan” İB-in (ESN Azerbaijan) nümayəndələri Yaqub Əhmədov və Alim Əsgərov Estoniyanın Parnu şəhərində keçirilən Erasmus Tələbə Şəbəkəsinin “National Boards’ Training Parnu” (Milli bölmələr üçün təlim) adlı tədbirində iştirak ediblər.

Tədbir zamanı şəbəkənin 44 ölkədə fəaliyyət göstərən milli bölmələrinin nümayəndələri bir araya gələrək təşkilatın Baş Qərargahı tərəfindən hazırlanmış strateji idarəetmə və layihələrin idarə edilməsi mövzularında təlim proqramlarında iştirak edib, üzv təşkilatlar öz təcrübələrini bölüşüb, təşkilat daxili bir sıra mühüm və strateji məsələləri müzakirə ediblər.

XQ



Təhsil