Yaz sessiyasında 6012 tələbə təhsil krediti alıb

post-img

Cari tədris ilinin yaz sessiyasında təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan bildirilib ki, bu günə qədər 7599 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 288 nəfərin müraciəti natamam olub, 203 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 543 nəfərin müraciətinə imtina cavabı verilib, 165 nəfərin müraciəti isə banka yönləndirilib.

Yaz sessiyası üzrə 6400 nəfərə TTK verilib. Onların arasından 2236 nəfərin müraciəti sosial TTK, 4164 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.

Təhsil