ARDNF əməkdaşlarının iştirakı ilə ADA Universitetində tələbələrlə info sessiya keçirilib

post-img

ARDNF-nin universitetlərlə iş birliyi çərçivəsində 28 fevral tarixində ADA Universitetində “Dəyişən dünyada sərvətin səfərbər edilməsi” başlığı ilə info sessiya təşkil olunub.

Fond əməkdaşları, Risklərin idarəedilməsi departamentinin Modelləşdi̇rmə və gəli̇rli̇li̇yi̇n ölçülməsi̇ şöbəsi̇nin müdiri Toörul Rəhimbəyli, İnvestisiya departamentinin Sabi̇t gəli̇rli̇ qi̇ymətli̇ kağızlar və pul bazarları şöbəsi̇nin müdiri İgrar İsgəndərov, İnvestisiya departamentinin Daşınmaz əmlak şöbəsinin treyderi Günel Musayeva və Risklərin idarəedilməsi departamentinin Alternati̇v investi̇si̇yalar üzrə ri̇skləri̇n idarə edi̇lməsi̇ şöbəsi̇nin aparıcı təhlilçisi Aqil Ömərovun iştirakı ilə panel formatında baş tutan ilk sessiyada tələbələrə Fondun investisiya fəaliyyəti, Suveren Sərvət Fondları və maliyyə bazarlarında olan cari vəziyyətlə bağlı məlumat verilib.

Müzakirələr zamanı həmçinin, ARDNF-nin həmtəşkilatçılığı ilə Suveren Sərvət Fondlarının Beynəlxalq Forumunun 2022-ci ilin 14-17 noyabr tarixlərində Bakıda keçirilən 14-cü illik iclasına və bu çərçivədə “Dəyişiklik naminə sərvətin səfərbər edilməsi – Bakı çıxarışları” başlığı ilə hazırlanmış tədbirin icmal hesabatına da yer verilib.

Tədbirin ikinci sessiyasında isə İnsan resursları departamentinin aparıcı mütəxəssisi Fuad Mirzəyevin təqdimatında Fondun işə qəbul prosesləri, qlobal trendlər və qarşıdan gələn “Təhlilçi Məzun 2023 “ təcrübə proqramı barədə tələbələrə ətraflı məlumat verilib.

Tədbirdə iştirak edən ARDNF-nin İcraçı direktorunun müşaviri Bəhruz Bəhramov öz çıxışında Fondun tələbələrlə işə böyük diqqət ayırdığını vurğulayıb və onlara öz tövsiyyələrini bildirib.

Təhsil