Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş esse müsabiqəsi elan edilib

post-img

Bakı Dövlət Universiteti (BDU) tələbələr arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev - BDU-nun dünyaşöhrətli məzunu” adlı esse müsabiqəsi elan edir.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, müsabiqəyə təqdim olunan esselər 2-4 səhifə həcmində, Azərbaycan, rus və ingilis dillərindən birində (A4 formatda, Arial şrifti, 12 ölçüdə və intervalı 1,5) olmalıdır.

Esselər müəllifin tələbə biletinin surəti ilə birlikdə aprelin 27-dək BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin elektron poçt ünvanına ([email protected]) göndərilməlidir.

Müsabiqədə yalnız BDU-nun bakalavr, magistrant və doktorantları iştirak edə bilərlər.

Təqdim olunmuş esselər Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək. Qaliblər diplom və pul mükafatı ilə təltif ediləcəklər.

I yer – 700 manat; II yer – 500 manat; III yer – 300 manat.

Qalib elan edilmiş esselər BDU-nun rəsmi saytı, sosial media və “Bakı Universiteti” qəzetində dərc olunacaq.

Əlavə məlumat üçün: Tel: (+994 50) 408-84-89, e-mail: [email protected]

Təhsil