Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində iştirakçılar əvvəlcə Nazirliyin inzibati binasında yerləşən Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət ediblər.
XQ xəbər verir ki, tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov və Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov çıxış edərək 15 iyun – Milli Qurtuluş Gününün müasir dövlətçilik tariximizin ən şanlı səhifələrindən biri olduğunu vurğulayıb, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərini qeyd ediblər.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri təqdim olunub.






