AQTA sədri Zəngilanda vətəndaş qəbulu keçirəcək

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli iyunun 17-si saat 11:00-da Zəngilan şəhərindəki “Ağalı” hotelində Zəngilan, Cəbrayıl, Qubadlı və Kəlbəcər rayonlarından olan vətəndaşlarla görüşəcək.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən XQ-yə verilən məlumata görə, vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq iyunun 16-dək qəbula yazıla bilərlər.

Görüş zamanı agentliyin səlahiyyət dairəsinə aid müraciətlər cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Sosial həyat