Laçının “Bəylik Bağları”nda ağacəkmə aksiyası

post-img

Qarabağ Dirçəliş Fondunun maliyyə və “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-nin təşkilati dəstəyi ilə Laçın rayonunun Bəylik kəndində yerləşən “Bəylik Bağları” ərazisində ağacəkmə aksiyası təşkil olunub.

Tədbirdə Laçın rayonunda Prezidentin xüsusi nümayəndəsi Məsim Məmmədov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, dövlət qurumlarının nümayəndələri, ekoaktivistlər və yerli sakinlər iştirak ediblər.

Çıxışlarda bildirilib ki, aksiya işğaldan zərər görmüş ərazilərin bərpası və ekoloji tarazlığın təmin olunmasına xidmət edir.

Aksiya çərçivəsində 2,8 hektar ərazidə 700 meyvə ağacı əkilib. Ümumilikdə isə ərazidə 1280 meyvə ağacı və 400 üzüm tinginin əkilməsi planlaşdırılır.

Qeyd edək ki, Bəylik kəndi 2020-ci ildə işğaldan azad edildikdən sonra ərazidə genişmiqyaslı bərpa və yaşıllaşdırma işləri aparılır.

P.ƏMİRCANOV
XQ

Sosial həyat