Nazir Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

post-img

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Mentorluq Proqramı çərçivəsində beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri İbrahim Məmmədov və İrşad Əsgərxanlı ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən XQ-yə bildirilib ki, görüşdə Mentorluq Proqramı çərçivəsində əməkdaşlığın əsas istiqamətləri, qaliblərin mövcud bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi, onların potensialının düzgün istiqamətləndirilməsi və real nəticələrə çevrilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Eyni zamanda, iştirakçıların gələcək inkişaf prioritetləri, peşəkar hədəfləri, idarəetmə bacarıqlarının təkmilləşdirilməsi və proqram müddətində qarşılıqlı əməkdaşlığın səmərəli təşkili məsələləri müzakirə olunub.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı 2025-ci il dekabrın 10-da Sərəncam imzalanıb.





Sosial həyat