Martın 18-də paytaxt yollarında sıxlıq gözlənilir

post-img

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov XQ-yə açıqlamasında bildirdi ki, xüsusilə bayram ərəfəsi ilə əlaqədar olaraq şəhər daxilində nəqliyyat axınının artması qaçılmazdır. Bu səbəbdən sürücülərə alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.

Ekspertin sözlərinə görə, Sumqayıt istiqamətində hərəkət edənlər üçün Böyükşor–Pirşağı–Sumqayıt xətti daha məqsədəuyğun seçim hesab olunur. Bu marşrut əsas magistrallarda yaranan sıxlığın qarşısını qismən almağa kömək edə bilər.

Xırdalan, Masazır və Sulutəpə qəsəbələri istiqamətində hərəkət edənlərə isə Azadlıq prospekti–Binəqədi yolu tövsiyə olunur. Bu istiqamət alternativ çıxış kimi daha az yüklənmiş hesab edilir.

Cənub istiqamətinə üz tutan sürücülər üçün isə Bakı Dairəvi Yolu üzərindən Biləcəri, Yasamal və Badamdar istiqamətlərindən istifadə etmək daha səmərəli variant kimi göstərilir.

Mütəxəssislər sürücülərə yola çıxmazdan əvvəl marşrutlarını planlaşdırmağı və mümkün qədər ictimai nəqliyyata üstünlük verməyi tövsiyə edirlər. 

Sosial həyat