Martın 17-də doğma yurduna yola salınan köç karvanları Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə çatıb. Bu mərhələdə köçürülən Ağdərə rayonunun Çıldıran kəndinə 13 nəfərdən ibarət 3 ailəyə, Aşağı Oratağ kəndinə 108 nəfərdən ibarət 21 ailəyə, Heyvalı kəndinə 34 nəfərdən ibarət 7 ailəyə, Çapar kəndinə isə 17 nəfərdən ibarət 4 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.






