Tap Qaraqoyunlu kəndində vətəndaşlarla növbəti səyyar qəbul təşkil olunub. Görüş, yerlərdə müraciətlərə operativ və obyektiv baxılması, vətəndaş məmnunluğunun artırılması məqsədilə həyata keçirilib.
Qəbul zamanı çıxış edən rayon rəhbəri Məhərrəm Quliyev ölkədə aparılan sosial-iqtisadi islahatlardan, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edib. Bildirilib ki, İlham Əliyev tərəfindən müəyyən olunan siyasətin əsas məqsədi vətəndaşlara göstərilən xidmətin keyfiyyətini artırmaq və onların məmnunluğunu təmin etməkdir.
Görüşdə kənd sakinləri gündəlik həyatlarında qarşılaşdıqları çətinlikləri birbaşa səsləndiriblər. Qaldırılan məsələlər əsasən sosial və məişət sahələrini əhatə edib. İcra başçısı müraciətləri diqqətlə dinləyərək aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verib və bəzi problemlərin yerində həlli üçün müvafiq addımlar atılıb.
Səyyar qəbuldan əvvəl Tap Qaraqoyunlu kənd tam orta məktəbinin foyesində təşkil olunmuş sərgiyə baxış keçirilib. Sərgi iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Bu cür səyyar qəbulların keçirilməsi əhalini narahat edən problemlərin yerində araşdırılması, operativ həll yollarının tapılması və dövlətlə vətəndaş arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edir.
Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri













