Qafqaz Müsəlmanları İdarəsinin yeni loqosu təsdiqlənib.
XQ xəbər verir ki, məsələyə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının bu gün keçirilən iclasında baxılıb və səsə qoyularaq qəbul edilib.
Bildirilib ki, dövrün tələbləri və qurumun fəaliyyət istiqamətlərinin müasirləşdirilməsi nəzərə alınmaqla hazırlanmış yeni loqo təşkilatın tarixi-mənəvi irsini və müasir inkişaf xəttini özündə ehtiva edir.

