Bakıda hazırda bəzi yollarda nəqliyyatın sıxlığı müşahidə olunur.
XQ xəbər verir ki, bu haqda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;
2. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;
3. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;
4. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;
5. Niyazi küçəsi, "İçərişəhər" metro stansiyası istiqamətində;
6. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
8. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
9. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
10. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
11. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;
12. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
13. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
14. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
15. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
16. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;
17. Heydər Əliyev prospekti kənar yol, "Koroğlu" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

