Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları qəbul edəcək

post-img

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov fevralın 5-də Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarından olan vətəndaşları qəbul edəcək.

XQ xəbər verir ki, qəbul saat 11:00-da Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində (ünvan: Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsi, 53) keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq, qəbulda iştirak etmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinə (əlaqə vasitələri: (070) 275 88 33,

[email protected], [email protected]) müraciət etmələri xahiş olunur.

Sosial həyat