ÜGT-nin Texnologiya Konfransı və Sərgisi keçirilir

post-img

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Ümumdünya Gömrük Təşkilatının Texnologiya Konfransı və Sərgisi keçirilir.

XQ xəbər verir ki, tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

“Mürəkkəb dünyada gömrük xidmətlərinin çevikliyi: İnnovasiyalar vasitəsilə ticarətin təhlükəsizliyinin təmin olunması və asanlaşdırılması” mövzusuna həsr edilmiş tədbirdə “Daha təhlükəsiz ticarət üçün sərhədlərin qorunması”, “Rəqəmsal həllər vasitəsilə ticarətin asanlaşdırılması” və “Gömrüyün gələcəyi üçün innovasiyalar” mövzuları ətrafında müzakirələr və fikir mübadiləsi aparılıb.

3 gün davam edəcək tədbirlə paralel təşkil olunan sərgidə iştirakçılar ən son texnoloji həllər haqqında ətraflı məlumat əldə edəcəklər.











Sosial həyat