Sabah Ağdərə rayonunun Çıldıran, Oratağ, Heyvalı və Çapar kəndlərinə ilk köç olacaq.
XQ xəbər verir ki, ilk mərhələdə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşanlar kəndlərə yola salınacaq.
Xatırladaq ki, 1993-cü ildə işğal oluan kəndlər 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antitteror əməliyyatı nəticəsində azad olunub.

