Bələdiyyələrin rəqəmsallaşdırılması istiqamətində tədbirlər davam etdirilir

post-img

Ədliyyə Nazirliyi tərəfindən yerli özünüidarəetmə orqanlarının fəaliyyətində səmərəliliyin və hesabatlılığın artırılması, bələdiyyələrin yerli əhəmiyyətli məsələlərin həllində daha fəal iştirakının təşviqi, habelə bu sahədə ictimaiyyətin ətraflı məlumatlandırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. 

Bu çərçivədə bələdiyyələrin müasir informasiya-kommunikasiya texnologiyalarından istifadəsinin genişləndirilməsi, əhalinin yerli özünüidarəetmə orqanlarının fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin yüksəldilməsi, eləcə də şəffaflıq və hesabatlılığın gücləndirilməsi istiqamətində Nazirlik tərəfindən mütəmadi metodiki iş aparılır. Eyni zamanda, bələdiyyələr üçün seminarlar təşkil olunur, eləcə də praktik tövsiyələr hazırlanaraq onlara göndərilir.

XQ xəbər verir ki, görülmüş tədbirlər nəticəsində 2025-ci ildə ilk dəfə olaraq respublika üzrə bütün bələdiyyələrin internetə çıxışı təmin edilib. Bununla da qanunvericiliyin tələblərinə uyğun olaraq bələdiyyə aktlarının inzibati nəzarəti həyata keçirən orqana “Bələdiyyələrlə iş” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilməsi imkanı yaradılıb. 

Bununla yanaşı, sosial medianın informasiyaya əlçatanlığı təmin edən əsas vasitələrdən biri olması nəzərə alınaraq, bələdiyyə fəaliyyəti barədə ictimaiyyətin operativ məlumatlandırılması məqsədilə onların internet səhifələrinin yaradılması təşviq edilir. Yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları ilə yanaşı, bələdiyyələrin sosial şəbəkə hesablarında da mütəmadi olaraq məlumatların paylaşılması təmin olunur. 

Sosial həyat