Əmək bazarında gender bərabərliyinin dolğun təminatı məqsədilə uğurlu islahatların aparıldığı Azərbaycan Beynəlxalq Əmək Təşkilatı (BƏT) və BMT-nin Qadınlar Təşkilatı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının rəhbərlik etdiyi Bərabər əməkhaqqı üzrə Beynəlxalq Koalisiyaya (EPIC) üzv qəbul edilib.
https://www.equalpayinternationalcoalition.org/en/members/azerbaijan
https://www.equalpayinternationalcoalition.org/en/members
EPIC qadınlar və kişilər arasında bərabər dəyərə malik iş üçün bərabər əməkhaqqı ödənişi prinsipinin qlobal səviyyədə təbliği və təşviqini həyata keçirir. Hazırda müxtəlif ölkələr üzrə 70-dən çox qurumun üzv olduğu Təşkilat bu sahədə hökumətlərə, işəgötürənlərə, işçilərin təşkilatlarına əlaqələndirilmiş şəkildə növbəti irəliləyişlərin əldə edilməsinə ekspertiza dəstəyi göstərir, habelə fəal təcrübə mübadilələrinə dəstək verir.
Gender bərabərliyinin təmin olunması sahəsində dolğun qanunverclik bazası və müsbət təcrübəsi olan Azərbaycan MDB regionunda ən çox BƏT-in standartlarını qəbul edən ölkələrdən biri olmaqla, gender bərabərliyi ilə bağlı mühüm beynəlxalq Konvensiyalara da qoşulub.
Son illər ölkəmizdə qadın əməyi ilə bağlı aparılan islahatlar nəticəsində Dünya Bankının Qadın, Biznes və Hüquq 2024-cü il nəşrindəki hesabat-reytinqdə ölkəmizin indeksi 78,8-dən 85-ə yüksəlib. Dünya Bankı Qrupunun və Beynəlxalq Valyuta Fondunun 2025-ci il Yaz İclasında da Azərbaycanda aparılan bu islahatlar nümunəvi təcrübə kimi təqdim edilib.
XQ

