Dekabrın 12-də Medianın İnkişafı Agentliyinin, Audiovizual Şuranın və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) rəhbər heyətləri və kollektivləri Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabana gələrək, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüblər.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər qoyulub.










