Sosial şəbəkələrdə informasiya təhlükəsizliyi mövzusunda silsilə verilişlər çəkilib

post-img

Bu gün sosial şəbəkələrdə informasiya təhlükəsizliyi, hibrit müharibə, ideoloji manipulyasiyalar çox təhlükəli səviyyəyə gəlib çatmışdır. Ona görə də cəmiyyətin maarifləndirilməsi dövlət və ictimai institutlar üçün əsas prioritetə çevrilib.

Bu baxımdan, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Milli Fikir və İnkişaf” İctimai Birliyi  “Sosial şəbəkələrdə informasiya təhlükəsizliyi və ideoloji müdafiə” layihəsi çərçivəsində silsilə maarifləndirici verilişlər çəkilib.

Milli Fikir və İnkişaf İctimai Birliyinin İdarə Heyətinin üzvü Rizvan Fikrətoğlunun moderatorluğu ilə baş tutan verilişlərdə Mətbuat Şurasının sədr müavini Müşfiq Ələskərli, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, Məhəmməd Cəbrayılov, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, azxeber.com informasiya portalının baş redaktoru Hacıbəy Heydərli, crossmedia.az təhlil və informasiya portalının baş redakoru Mübariz Göyüşlü, Bakı Dövlət Universitetinin müəllimi, fəlsəfə doktoru Qoşqar Bəylərov və siyasi şərhçi Elçin Xalidbəyli informasiya təhlükəsizlyinin cəmiyyətimiz üçün törədə biləcəyi təhlükələrdən, hibrit müharibələrin müasir zamanda cəmiyyətləri içdən sarsıdan əsas predmet kimi istifadə olunmasından və Azərbaycan cəmiyyətinin bütün bunlara qarşı ideoloji və informasiya müharibəsində nə etməli olduqlarından söhbət açılıb. Verilişlər Yeni Media TV tərəfindən yotube platformasında yayımlanıb, sosial şəbəkə şəhifələrində paylaşılıb və maraqla izlənilib.

Qeyd edək ictimai birlik mövzunun aktuallığını nəzərə alaraq analoji layihə və maarifləndirici kampaniyasını davam etdirir.

Sosial həyat