Gəncədə “İnklüziv cəmiyyət quruculuğunda din xadimlərinin rolu” mövzusunda regional konfrans keçiriləcək

post-img

Oktyabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Gəncədə “İnklüziv cəmiyyət quruculuğunda din xadimlərinin rolu” mövzusunda regional konfrans təşkil ediləcək.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, ilahiyyatçılar, din xadimləri, dini icma sədrləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak edəcəklər.

Konfransda din xadimlərinin inklüziv, tolerant və ədalətli cəmiyyətin qurulmasında oynadığı roldan, bu sahədə qarşıya qoyulan hədəf və məqsədlərdən bəhs olunacaq. Regional konfransın “Dini müxtəliflik və birgəyaşayış milli-mənəvi dəyərlərimiz kontekstində” və “Regionun dini-mənəvi mühiti: ənənə və müasirlik” panellərində Azərbaycandakı dini və etnik müxtəlifliyin tarixi kökləri milli-mənəvi dəyərlər prizmasından təhlil ediləcək.

Müşfiq Mirzə
XQ

Sosial həyat