Azərbaycan çay mədəniyyəti Brüsseldə Beynəlxalq festivalda

post-img

Belçikanın paytaxtı Brüsseldə II Beynəlxalq Çay Festivalı keçirilib. Azərbaycanın Belçikadakı Səfirliyinin və Azərbaycan icmasının dəstəyi ilə Fireland  Azərbaycanlılar Birliyi festivalda ölkəmizi təmsil edib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, festival çərçivəsində 22 ölkədən 45 təşkilat öz çay ənənələrini və milli mədəniyyətlərini təqdim edərək ziyarətçilərə unikal dad və təqdimat təcrübəsi yaşadıb.

Azərbaycan stendində müxtəlif dadlı çay növləri ilə yanaşı milli mətbəximizin ləziz təamları ziyarətçilərə təqdim edilib. Qonaqlar milli şirniyyatlarımızın hazırlanma prosesini maraqla izləyib və Azərbaycan çay mədəniyyətinin zənginliyinə heyran qalıblar.

Azərbaycan pavilyonunu festivalın təşkilatçıları, iştirakçıları və ziyarətçiləri böyük maraqla qarşılayıb, yüksək qiymətləndirib. Fireland Azərbaycanlılar Birliyi Parisdə keçiriləcək növbəti tədbirə dəvət alıb.Bu cür təşəbbüslər Azərbaycanın zəngin mədəni irsinin tanıdılması baxımından xüsusi əhəmiyyətə malikdir.

Mustafa Kamal
XQ







Sosial həyat