Fuad Musayev Siyəzən və Şabran rayon sakinlərini qəbul edib

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Fuad Musayev oktyabrın 3-də Siyəzən rayonunda Siyəzən və Şabran rayonlarının sakinlərini qəbul edib.

XQ xəbər verir ki, müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə veteranları da olub.

F.Musayev onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün Nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.
Qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.













Sosial həyat