Uşaq evi sosial xidmət müəssisələrinin 22 sakini ali və orta ixtisas təhsili müəssisələrində təhsil alacaqlar

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin uşaq evi sosial xidmət müəssisələrinin 22 məzunu ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunublar.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilir ki, uşaq evlərinin məzunlarından 3 nəfəri ali təhsil müəssisələrində, 19 nəfəri isə müxtəlif peşə-ixtisas təhsili müəssisələrində təhsillərini davam etdirəcəklər. Məzunlarımızı təbrik edir və gələcək həyatlarında uğurlar arzu edirik.

Qeyd edək ki, Agentliyin uşaq evləri və ailə tipli kiçik qrup evləri sosial xidmət müəssisələrində 500-ə yaxın uşaq dövlət qayğısı ilə əhatə olunur.

Mustafa Kamal
XQ

Sosial həyat