Nazir müavini Vüsal Nəsirli Qax rayonunda vətəndaşları qəbul edib

post-img

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli sentyabrın 4-də Qax rayonunda Qax və Şəki rayonlarının sakinlərini qəbul edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə veteranları da olub. V.Nəsirli onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün Nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.

Qəbulda vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.

Mustafa KAMAL
XQ

 

Sosial həyat