Balakəndə “Birgəyaşayış mədəniyyəti və sosial harmoniya” mövzusu müzakirə olunub

post-img

Sentyabrın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala regional bölməsi, Balakən Rayon İcra Hakimiyyəti, rayon Gənclər evi sosial xidmət müəssisəsi, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi və  Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Balakən Gənclər evində  “Birgəyaşayış mədəniyyəti və sosial harmoniya” mövzusunda tədbir baş tutub.

Aldığımız məlumata görə, tədbirdə DQİDK-nin Zaqatala regional bölməsinin baş məsləhətçisi Elməddin Atakişiyev, təşkilatçı qurumların nümayəndələri və gənclər iştirak ediblər.

Çıxışlarda birgəyaşayış mədəniyyəti, dini dözümlülük və müxtəlif konfessiyalara mənsub insanların qarşılıqlı hörmət şəraitində yaşamalarının vacibliyindən bəhs edilib. Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu vurğulanıb. Gənclərin milli-mənəvi dəyərlərə bağlı ruhda yetişməsinin, sosial harmoniyanın qorunmasında gənc nəslin fəal rolunun əhəmiyyətini qeyd edilib.



Sosial həyat