Azərbaycan gəncləri “Expo2025” Osakada

post-img

Sentyabrın 3-4-də Yaponiyada, “Osaka, Kansai Ekspo 2025” dünya sərgisində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə fəaliyyət göstərən Azərbaycan pavilyonunda Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən “İrsi qoruyanlar” Gənclər Proqramı ilə gənclərimizi təmsil edəcək.

XQ xəbər verir ki, bu günlər ərzində Azərbaycan gəncliyinin uğurları, görülən işlər və imkanlar barədə təqdimatlar, görüşlər, milli-mənəvi dəyərlərimizin, irsimizin, yaradıcılığımızın təbliği məqsədilə sessiyalar təşkil olunacaq, həmçinin “Müasir Azərbaycan gənci” layihəsinin xüsusi buraxılışı üçün çəkiliş aparılacaq.

Dünya sərgisində dəyərlərimiz, yaradıcılığımız və innovativ düşüncəmiz gənclərin təşəbbüsləri vasitəsilə də təqdim ediləcək. 

Sosial həyat