Otuz iki kiloqram narkotik aşkarlanıb

post-img

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 1-də ümumi çəkisi 32 kiloqramdan artıq narkotik vasitə götürülüb. 

Məlumatı DİN yayıb. 

Məlumata görə, yabanı halda bitmiş 1,9 tona yaxın çəkidə 4876 ədəd çətənə kolu da aşkar olunaraq məhv edilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

P.ƏMİRCANOV
XQ

Sosial həyat