Neftçala Dövlət Rəsm Qalereyasında Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyi münasibətilə "Bəxtiyar Vahabzadəyə xitabən” adlı ustad dərsi və sərgi təşkil olunub.
Rəssam Dadaş Dadaşovun keçirdiyi ustad dərsində həvəskar rəssamlar şairin poeziyasından ilhamlanaraq, fırçalarını onun obrazına və ideyalarına həsr ediblər. Rəsm əsərlərində Bəxtiyar Vahabzadənin vətənpərvər ruhu, azadlıq və milli kimlik motivləri öz əksini tapıb.
Ustad dərsində iştirak edən gənc və yeniyetmə rəssamlar müxtəlif texnikalara müraciət ediblər.
Bu dərsin keçirilməsində məqsəd gənc nəslə milli mədəniyyətimizə, poeziyaya və incəsənətə olan sevgi aşılamaqdır.
Sonda çəkilən rəsmlərdən ibarət sərgiyə baxış olub.
XQ