Goranboyda “Çayqırağı” kafesində nöqsanlar aşkarlanıb

post-img

Daxil olan müraciət əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Hümbətov Mikayıl Əvəz oğluna məxsus “Çayqırağı” kafesində yoxlama keçirib. 

Agentlikdən bildirilib ki, baxış zamanı kafedə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı müəyyən edilib. Belə ki, qida məhsullarının saxlanma qaydalarına əməl olunmadığı, ətin emalı, qazan və manqal yeməkləri hazırlanan sahənin yarımtikilidə təşkil olunduğu, döşəmə və divar səthlərinin asan təmizlənən və dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin qurulmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi, işçi heyətin xüsusi geyimlə təmin edilmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq kafenin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və sahibkar barəsində inzibati protokol tərtib edilib.







Sosial həyat