İyulun 16-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 13 kiloqramdan artıq narkotik vasitə götürülüb.
Bu barədə məlumatı DİN verib.
Məlumata görə, yabanı halda bitmiş ümumi çəkisi 1,8 tondan artıq 5283 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
P.ƏMİRCANOV
XQ